dırnaq yeri axtarmaq

to find fault with smth. / to pick on / to seek a pretext искать зацепку (придираться, искать за что зацепиться)
dırnaq qədər
dırnaqarası
OBASTAN VİKİ
Dırnaq
Dırnaq — insanların (bir çox onurğalıların) ayaq və əllərinin uclarında mövcud olan bərk lövhəciklər. Qaşıma, soyma, cızma kimi funksiyaları var. Ayaq dırnaqları əl dırnaqlarına nisbətən daha ləng uzanır. Dırnaqların uzunma sürəti şəxsin orqanizmdən və yaşından asılı olaraq fərqlənə bilər. Uzanmış dırnaqların altında bakteriyaların inkişafı üçün əlverişli mühit yaranır. ABŞ-nin Florida ştatındakı Klivlend klinikasının dermatoloqu Tamar Lior öz araşdırmaları nəticəsində belə bir nəticəyə gəlmişdir ki, insanın dırnaqlarının rəngi vasitəsilə bəzi xəstəlikləri aşkarlamaq mümkündür. O dırnaqlardakı rəng dəyişikliklərinin bədəndəki hər hansı bir sağlamlıq problemi ilə əlaqədar olduğunu bildirmiş və rənglərə görə xəstəlikləri aşağıdakı kimi sıralamışır: Dırnaqlarda ağ rəng - Qara ciyərdə hepatit. Sarımtıl rəng - Ağciyərdə emfizema. Sarımtıl və azca qızartılı rəng - Diabet. Yarı ağ, yarı çəhrayı - Böyrək xəstəlikləri.
Dırnaq göbələyi
Onixomikoz və ya dırnaq göbələyi (lat. Onychomycosis) — dırnağın göbələk infeksiyası. Trichophyton rubrum, Trichophyton interdigitale, Trichophyton tonsurans və digər göbələklər tərəfindən törədilir. Xəstəlik törədicisi Epidermophyton floccosum və Microsporum canis də ola bilir. Simptomlara ağ və ya sarı dırnaq rənginin dəyişməsi, dırnağın qalınlaşması və dırnağın dırnaq yatağından ayrılması daxil ola bilər. Ayaq və ya əl dırnaqları təsirlənə bilər, lakin ayaq dırnaqlarında daha çox rast gəlinir. Bir sıra müxtəlif növ göbələklər dermatofitlər və Fusarium da daxil olmaqla onikomikoza səbəb ola bilər. Risk faktorlarına atletin ayağı, digər dırnaq xəstəlikləri, bu xəstəliyə məruz qalma, periferik damar xəstəliyi və zəif immun funksiyası daxildir. Diaqnoz ümumiyyətlə görünüşə görə və laboratoriya testləri ilə təsdiqlənir. Onikomikoz yetkin əhalinin təxminən 10 faizində baş verir, yaşlı insanlar daha tez-tez təsirlənir.
Dırnaq işarəsi
Dırnaq işarəsi (“ ”) və ya (« ») – mətndə vasitəsiz nitqi, sitatları, əsər, qəzet və jurnal adlarını, sözlərin məcazi mənalarını fərqləndirmək üçün işlədilən qoşa durğu işarəsi. Dırnaqlar öz görünüşlərinə görə aşağıdakı kimi bir-birindən fərqlənirlər: Rusca yazıda ənənəvi olaraq fransız «yolka»sından istifadə edilir. Dırnaqlar arasında təkrarən dırnaqdan istifadəyə ehtiyac olduqda və əl yazısında alman „lapka“sından istifadə edilir. Hal-hazırda azərbaycanca yazıda əsasən “ingilis qoşa” dırnaq işarələrindən istifadə olunmaqdadır. Bununla yanaşı "makina qoşa dırnaq işarəsi" və «yolka»dan da geniş istifadə edilir. Lakin Azərbaycan Respublikası prezidentinin saytında axtarış verilərkən, 8 fevral 2010-cu il tarixindən sonra «yolka»lardan istifadə olunması qeydə alınmamışdır.
Dırnaq lakı
Dırnaq boyası — Əl və ayaq dırnaqlarına sürülən boya. Misirlilər dırnaq rəngini ictimai sinifləri bir-birindən ayırmaq məqsədilə istifadə etmişdilər. Kral Axenatonun həyat yoldaşı Nefertitinin əl və ayaq dırnaqlarını yaqut rənginə, Kleopatranın isə gilanar rənginə boyadığı bilinməkdədir. Alt sinifləri təmsil edən qadınların yalnız donuq rəngləri istifadə edəbilmələrinə icazə verilmişdir.
Dırnaq törpüsü
Dırnaq törpüsü, Savand və ya Sohan — yüngülcə dırnaqların kənarlarını yumşaltmaq və şəkilləndirmək üçün istifadə edilən vasitədir. Manikür və pedikürdə də istifadə edilir. "A History of Nail Care" (ingilis). Nails Magazine. 2004. 2010-05-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-07.
Dırnaq boyası
Dırnaq boyası — Əl və ayaq dırnaqlarına sürülən boya. Misirlilər dırnaq rəngini ictimai sinifləri bir-birindən ayırmaq məqsədilə istifadə etmişdilər. Kral Axenatonun həyat yoldaşı Nefertitinin əl və ayaq dırnaqlarını yaqut rənginə, Kleopatranın isə gilanar rənginə boyadığı bilinməkdədir. Alt sinifləri təmsil edən qadınların yalnız donuq rəngləri istifadə edəbilmələrinə icazə verilmişdir.
Dırnaq (dəqiqləşdirmə)
Dırnaq — barmaqların ucunun üst tərəfində sümük kimi maddədən ibarət örtü.
Dırnaq tutan
Dırnaqtutan — əl və ayaq dırnaqlarını düzəltmək üçün istifadə edilən alət. Dırnaqtutanlar adətən paslanmayan poladdan, həmçinin plastik və alüminiumdan hazırlanır.
Dırnaq batması
Onixokriptoza və ya dırnaq batması — dırnaq batması ilə müşahidə olunan xəstəlikdir Dırnaq batması gündəlik həyatda tez-tez rast gəlinən və dözülməz ağrılarla müşahidə olunan xəstəlikdir. Xəstəliyə daha çox ayaq, xüsusilə də baş barmaq dırnağında rast gəlinir: dırnağın kənarları dırnaq yatağının içərisinə doğru inkişaf edir, ətrafdakı yumşaq toxumalarda iltihabi prosesə səbəb olur. Onixokriptoz irsi, düzgün seçilməyən ayaqqabı, göbələk infeksiyası, ayaqların çox tərləməsi, travma, dırnağın düzgün kəsilməməsi səbəbindən yarana bilər. Dırnaq batması özünü birdən-birə büruzə vermir. İlk vaxtlar həmin nahiyədə həssaslıq və yüngül qızartı müşahidə olunur, xüsusilə dar ayaqqabı geyinəndə və uzun müddət ayaq üstə duranda ağrılar müşahidə edilir. Proses dərinləşdikcə ətraf toxumalar iltihablaşır. Barmaq uclarında, xüsusilə dırnaq ətrafında sinir ucluqları olduqca çoxdur. Yaranan iltihabi proses zamanı zədələnən sinirlər xəstədə dözülməz ağrılara səbəb olur. Ətraf toxumalar qızarır, ödemləşir, dırnağın altından irin xaric olur. Dırnağı batan barmaq ümumilikdə göyümtül-qırmızı rəng alır, şişkinləşir, ölçüləri böyüyür.
Qaraquş (dırnaq mayası)
Qaraquş (lat. reduvial)- dırnaq büküşünün dərisinin cırılması. Adətən yan (lateral) büküşdə görünür, çünki bu yerdə dəri tez-tez mexaniki təsirə məruz qalır, lakin, arxa büküşdə də baş verə bilər. Əllərinizin dərisi nə qədər qurudursa, qaraquşun əmələ gəlmə ehtimalı da o qədər yüksəkdir. Quruluq səbəbdən çox incə dırnaq büküşü elastikliyi itirir və mexaniki təsir zamanı asanlıqla yırtılır. Əlbəttə, barmaqlara intensiv təsir həmçinin qaraquşun yaranmasının riskini artırır. Qaraquş altına infeksiya düşə bilər, hansı kı dırnaq büküşünün irinli iltihabına gətirib çıxara bilər. Qaraquşlar manikürlü qayçı və ya dırnaqtutan ilə diqqətlə kəsilməlidir, sonra zədələnmiş dırnaq büküşünü dezinfeksiya maddələri ilə təmizlənməlidir. Qaraquşu qopartmaq lazım deyil, çünki tez-tez o zamanda dərinin böyük bir hissəsi ayrılır və yaranın yoluxma riskini artırır.
Bəylərin yeri yaşayış yeri
Bəylərin yеri yаşаyış yеri — Tumаslı kəndinin cənubundа yеrləşir. Yаşаyış yеrinin ərаzisi düzənlikdir. Düzənliyin mərkəzi hissəsində uzunsоv, çох dа hündür оlmаyаn təpə vаrdır. Təpənin üzərində "Sеyid qəbri" аdlаndırılаn tək bir məzаr vаr. Həmin məzаr kənd sаkinləri tərəfindən tеz-tеz ziyаrət еdilir. Tədqiqаt zаmаnı yаşаyış yеrinin bəzi qismlərində kül yığınlаrı və bаd qırıqlаrınа rаstlаnmışdır. Аbidədən tоplаnаn kеrаmikа məmulаtı çəhrаyı rəngdə bişirilmiş şirli və şirsiz qаb pаrçаlаrındаn ibаrətdir. Şirli qаb pаrçаlаrınа çох аz rаstlаnır. Kеrаmikа məmulаtı inkişаf еtmiş və Sоn Оrtа əsrlər üçün хаrаktеrikdir. Аrхеоlоji mаtеriаllаrа əsаsən yаşаyış yеrini XVI–XIX əsrlərə аid еtmək оlаr.
Dağar yeri
Dağar yeri- Ağcabədi rayonu ərazisində, Qaradolaq kəndi yaxınlığında oroqrafik obyektlərdən biri. Dağar sözü əski türklərdə "çəki", "ölçü" anlamı daşımışdır. Əvvəllər tərəkəmələr böyük ölçülü qaba dağar, kiçik ölçülü qaba isə dağarcıq deyərdilər.Orta çağda türk qurumlarında ordunu ərzaqla təmin etmək üçün rəiyyətdən yığılan natural vergi növünə dağar deyilmişdir.
Həbs yeri
Həbs yeri — tutulmuş və ya həbs edilmiş şəxsin saxlanılması üçün nəzərdə tutulmuş müvəqqəti saxlama yerləri, istintaq təcridxanaları və ya qarnizon hauptvaxtları. Böyük Britaniyada həbs yerləri əsasən polis məntəqələrində təşkil olunur. Əvvəllər bütün polis məntəqələrində cinayətkarların saxlanıla biləcəyi az sayda fərdi kameralar var idi. Hazırda isə əksər tutulmuş şəxslər məhbusların saxlanılması üçün nəzərdə tutulmuş böyük polis məntəqələrinə aparılırlar.
Kino yeri
Kinoteatr kinofilmlərin göstərildiyi ictimai binadır. Kinoteatrın əsas binasında tamaşaçı zalı yerləşir. Bu zalda yerləşmiş böyük ekranlarda (30 m-ə qədər) bütün film növlərinə baxmaq mümkündür. Kinoteatr "kino" və "teatr" sözlərinin birləşməsindən yaranmışdır. Kino yunanca "Kinomotoqraf" sözünün qısaldılmış formasıdır, mənası "Hərkəti çəkmək" deməkdir. Müasir kinoteatrlarda bir neçə tamaşa zalı olur. Onlar kondensionerlərlə və xüsusi səs effekti yaradan texnika ilə təchiz olunurlar. Yüksək keyfiyyətli kinoteatr üçün dibarların və tavanın akusitik tərtibatlarla təchiz olunması səciyyəvidir. Keçmiş SSRİ-də olan kinotaetrlarda 2500–4000- yaxın tamaşaçı yeri nəzərdə tutulurdu. Müasir kiotetralrda isə tutumu 200–300 olan kiçik zallar olur.
Tamaşa yeri
Teatr (yunanca: τό θέατρον théatron "tamaşa yeri"; və θεάομαι theaomai "tamaşa etmək sözündəndir") — incəsənətin bir növü olub hiss, fikir və emosiyaları tamaşaçı və ya tamaşaçılar qrupuna bir və ya bir qrup aktyor tərəfindən ötürülməsini əks etdirir. Teatr tamaşası nümayiş olunan bina da teatr adlanır. Teatr rəqs formasında hələ daş dövründə mövcud olsa da, onun yeni əsasları antik Yunanıstanda işlənir və teatr sənətinin inkişafına təkan verir. "Teatron"nun yaradılması ilə bir tərəfdən yunan demokratiyasının müzakirəsinə imkan verilmiş, digər tərəfdən dini bayramların keçirilməsi mümkün olmuşdur. Çünki, o dövrdə din və siyasət bir vəhdət kimi çıxış edirdi. Aristotel öz işlərində teatr elmini də əsaslandırmışdır. O hadisə, məkan və vaxtı dramada birləşdirməyi tələb etmişdir. Dini bayramların keçirilməsi üçün yaradılan "Dionis teatrı" teatr üçün prototip rolunu oynayırdı. O aralıq dənizi hövzəsində yerləşən Yunanıstan koloniyasına daxil olan bütün ölkələrə aparılmışdır. Tamaşaçılar yerindən başqa orada "skene", (hansı ki, sonra "sçene", yəni "səhnə" şəklində yayılmışdır) də qurulurdu.
Yurd yeri
Yurd yeri — 1994-cü il Azərbaycan istehsalı dram janrında film. Film-tamaşada hadisələr torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğala məruz qaldığı vaxtlarda cərəyan edir. Mahal (Kamal Xudaverdiyev) və ailəsinin yaşadığı kəndə də artıq ermənilərin yaxınlaşma təhlükəsi vardır. Bunu eşidən Mahalın oğlanları kəndə gəlirlər ki, ata, ana və bacılarını vertolyotla Bakıya aparsınlar.
Cəfərqulutəpə yaşayış yeri
Cəfərqulutəpə — abidə Ağcabədi rayonunun Hacılar kəndindən 500 m şimalda yerləşir. Bu diametri 95 m, hündürlüyü 2,5 m olan, sovet dövründə pambıq çardağı, Qarabağ müharibəsi vaxtinda isə səngər qazıdılaraq dağıdılmış təpədir. Toplanılmış saxsı kolleksiyası neolit dövrünə aiddir.
Cəfərxanlı yaşayış yeri
Cəfərxanlı yaşayış yeri — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Cəfərxanlı kəndi yaxınlığında, İncəçayın sağ sahilində yerləşən qədim yaşayış yeri. Yaşayış yerinin yerləşdiyi ərazinin dəfələrlə şumlanması abidənin dağılmasına və planının itməsinə səbəb olmuşdur. Arxeoloji tədqiqatlarla, yaşayış yerinin 2 hektardan artıq sahəni əhatə etdiyi müəyyən edilmişdir. Yaşayış yerinin bəzi hissələrində gil qatları, daş və çiy kərpicdən tikinti qalıqları görünməkdədir. Kəşfiyyat qazıntıları ilə daşdan əmək alətləri və keramika məmulatı aşkar olunmuşdur. Yaşayış yerindən aşkar olunmuş keramika üç qrupa bölünür. Birinci qrupa daxil olan küpə, çölmək və banka tipli qablar cilalama üsulu ilə, həndəsi motivdə naxışlanmışdır. Bəzi qabların gövdəsi konnelyur ornamentlidir. İkinci qrupa sarıqəhvəyi rəngli, qaba hazırlanmış qalın divarlı qablar daxildir. Gilinin tərkibinə qum və çınqıl qatılan bu qabların əksəriyyəti uzun boğazlı, genişağızlı küpələrdir.
Cənnətqaya yaşayış yeri
Cənnətqaya yaşayış yeri — Şərur rayonundakı Tənənəm kəndinin şərqində son Tunc və ilk dəmir dövrlərinə aid yaşayış yeri. "Ağ zirət" deyilən yerin yaxınlığındadır.Hər tərəfdən dağlarla əhatə olunmuş abidənin sahəsi 6 hektara yaxındır. Aşınma nəticəsində əmələ gəlmiş yarğanlarda mədəni təbəqənin (bəzi yerlərdə 50 sm qalınlığındadır) kəsiyi alınmışdır. Yerüstü materiallar çəhrayı və üzəri cızma xətlərlə [naxışlanmış boz rəngli kasa və küpə tipli tuf daşından hazırlanmış dən daşından ibarətdir.Saxsı qab məmulatı, əsasən Son Tunc və İlk Dəmir dövrləri üçün səciyyəvidir. Tapıntılara əsasən yaşayış yerinin e.ə. II-I minilliklərə aid olduğu ehtimal edilir.
Dairə yaşayış yeri
Dairə yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidə. Dairə yaşayış yeri Böyükdaş dağının aşağı şimalında yerləşir. Ətrafı iri həcmli yonulmamış daşlardan hörülmüş divarla əhatə edilmişdir. Sahəsi 200 m² olan yaşayış yerinin 1/3 hissəsi qazıntılarla öyrənilmişdir. Divar boyunca aparılan qazıntılar abidənin tam planını ortaya çıxarmağa imkan vermişdir. Yaşayış yerini əhatə edən müdafiə divarı içəridə dikinə, o biri tərəfdən isə yastısına qoyulmuş daşlarla tikilmişdir. Мüəyyənləşdirilmişdir ki, mədəni təbəqə yalnız divar boyu yığılmışdır. Təbəqənin qalınlığı 30- 40 sm- dir. Yaşayış yerinin şərq hissəsində yaşayış binalarına aid tikinti qalıqları aşkar olunmuşdur. Lakin onlar yaxşı qalmadığından, ümumi planlarını müəyyən etmək mümkün olmamışdır.
Dalmatəpə yaşayış yeri
Dalmatəpə mədəniyyəti İranın şimal-qərbində Zaqros dağlarının mərkəzi və şimal vadilərində geniş yayılmış mədəniyyətə verilən addır..Dalma keramikası ilkin olaraq Urmiya gölünün cənub-qərb hissəsində, Sulduz vadisində Dalma Təpə və Həsənlu Təpədə aparılan qazıntılar zamanı aşkar edilmişdir. 1961-ci ildə Pensilvaniya Universitetinin Həsənlu Layihəsi çərçivəsində Dalma Təpədə aparılan sonrakı qazıntılar zamanı çox sayıda Dalma keramikası aşkar edilmişdir. Qazıntı materiallarına memarlıq, qəbir və keramika qalıqları, gil, sümüklər, artefaktlar, üyütmə daşları və yonma daşlar daxildir. Aşkar edilmiş materiallar Dalma mədəniyyətinin eramızdan əvvəl beşinci minilliyə aid olduğunu göstərir. Əldə edilmiş keramika bu mədəniyyətin görünən tərəfidir və digər aspektləri haqqında məlumat azdır. Qazıntı materialları Dalma tayfaları və onların həyat tərzləri haqqında kifayət qədər məlumat vermir. Dalma keramikası analoji texniki və üslub xüsusiyyətləri ilə regionda geniş əraziyə yayılmışdır. Qazıntılar göstərir ki, bu mədəniyyət mərkəzi Zaqros dağları, Şimali Luristan, İran Azərbaycanında Urmiya hövzəsi və İraqda Kərkük kimi Mesopotamiyanın bəzi hissələrinə yayılmışdır. İran yaylasının şimal-qərb hissələrində Dalma mədəniyyətinin izləri aşkar edilmişdir. Dalma keramikasının bu bölgədə geniş yayılması bu mədəniyyətin yayılmasında köçəri tayfaların iştirak etdiyini sübut edir.
Daşlıyurd yaşayış yeri
Daşlı yurd — Ordubad rayonunun Ağdərə qəsəbəsindən şimalda, Sulu düzün üstündə yerləşir. Yurd yerinin ərazisi oval təpə şəklindədir. Araşdırmalar zamanı yurd yerində ətrafı dördkünc və dairəvi daşlarla əhatə edilmiş binaların qalıqları aşkar olunmuşdur. Yurd yerinin şimal tərəfində daşdan inşa olunmuş kələklərin qalıqları da var. Bəzi tikintilər uçub tökülmüş və daş yığınına çevrilmişdir. Yurd yerinin ərazisi qalın peyin qatı ilə örtülmüşdür. Yaşayış yerini ХI-ХVIII əsrlərə aid etmək olar.
Dəvəli yaşayış yeri
Dəvəli yаşаyış yеri — Оrtа əsr аbidəsidir. Аbidə Gümüşli kəndinin şimаlındа dаğ silsiləsinin Аrpаçаyа еnən yаmаcındа yеrləşir. Sаhəsi 2 hеktаrа yахındır. Mədəni təbəqə sахlаnmаmışdır. Yеrüstü mаtеriаllаr çəhrаyı rəngdə bişirilmiş sаdə və şirli qаb hissələrindən ibаrətdir. Bəzi yеrlərdə dаirəvi və düzbucаqlı plаndа оlаn dаş düzümlərinə, bəzən isə dördkünc fоrmаlı çаlаlаrа təsаdüf оlunur. Şirsiz sахsı məmulаtı bаnkа və kаsа tipli qаblаrlа təmsil оlunmuşdur. Оnlаrın bəzisinin lеntşəkilli qulpu vаr. Kаsа tipli qаblаr nаrın qum qаrışığı оlаn gildən hаzırlаnаrаq yахşı bişirilmiş, içərisində dulus çаrхındа fırlаnmа nəticəsində kоnsеntrik izlər sахlаnmışdır. Şirli sахsı məmulаtı kаsа tipli qаblаrlа təmsil оlunmuşdur.
Dəyirmantəpə yaşayış yeri
Dəyirmantəpə — Xaçmaz rayonu ərazisində qədim yaşayış yeri. Orta əsrlərə aid yaşayış yeri rayonunun Maşıoba və Çuxuroba kəndləri arasında yerləşir. Maşıoba kəndindən 500 m qərbdə yerləşən tarixi abidə. Dəyirmantəpə yaşayış yeri bir-birindən 30-40 m aralı iki təpə üstündədir. Bəzən elmi ədəbiyyatda Xırmantəpə də adlandırılır. Dəyirmantəpədə arxeoloji qazıntı işləri aparılmamışdır. Orta əsrlərə aid şirli və şirsiz gil qab, kömür qırıqları, kül və heyvan sümükləri tapılıb. I Dəyirmantəpə nisbətən kiçikdir və V-VIII əsrlərə aid edilir. II Dəyirmantəpə ətrafında müdafiə məqsədli xəndək var və IX-XIV əsrlərə aid edilir. Dəyirmantəpə yaşayış yerində XIV əsrdən həyat söndükdən sonra əhali əsasən Xaçmaz yaşayış yerində məskən salmağa başlayır.
Dəyirmanyeri yaşayış yeri
Dəyirmanyeri yaşayış yeri — Babək rayonunun Zeynəddin kəndi yaxınlığında eneolit-tunc dövrlərinə aid yaşayış yeri. Bu qədim yaşayış yeri 1973-cü ildə aşkar olunmuşdur. Sahəsi 3 hektardır.Yaşayış yerində səpələnmiş halda xeyli maddi mədəniyyət qalıqları var. Mədəni təpəqənin üst hissəsi tikinti işləri zamanı dağılmışdır. Əldə olunmuş materialların əksəriyyəti gil qab nümunələrindən ibarətdir. Qabların bir hissəsi saman qarışıq palçıqdan kobud şəkildə, digərləri isə səliqəli hazırlanmışdır. Qabların üstü anqoblanmış, bəziləri şüyrələnmişdir. Tapıntılar içərisində dən daşları, həvəng və dəstələr var. Abidə eradan əvvəl 5-2-ci minilliklərə aid edilir.

Значение слова в других словарях